Tikinti2

Tikinti sahəsi

Əgər siz tikinti və təmir sahəsindəsinizsə, təhlükəsiz məqsədləri üçün işçilər üçün nəzərdə tutulmuş işçi geyimlərinə ciddi yanaşasınız. İlk öncə işçinin forması rahat olmalıdır. İşçi geyim forması işçinin hərəkətinə mane olmamalı, xarici təsirlərdən qorumalıdır. Keyfiyyətli materiallara üstünlük verilməlidi. Tikinti işləri üçün nəzərdə tutulmuş uniformalar davamlı olmalıdır, çünki hər gün işçi bir sıra alətlərlə və materiallarla işləyir. Düzgün seçilmiş keyfiyyətli geyim və qoruyucu aksessuarlar dəriyə, gözlərə və tənəffüs sisteminə qorumaq üçün yaxşı xidmət göstərəcəkdir.

Hər hansı təmir işi üçün əlinizi qorumaq çox vacibdir. Xüsusi əlcəklər bu vəzifəni asanlıqla həll edə bilər. Xüsusi pambıq əlcəklərin istifadəsi əllərinizin dərisini bütün çirkləndiricilərə batmamağa imkan vermir: sement, boya, gilə və.s Yüksək keyfiyyətli parçalardan və polimerlərdən istifadə edən zaman əlcəklər uzun müddət davamlı olur.

İşçi əlavə geyim və qoruyucu avadanlıqlarla da  təmin olunmalıdır. Məsələn: Bir bənna üçün möhkəm, davamlı dəbilqə, əlcək, elektrik ustası üçün rezin çəkmə, elektrik keçirməyən əlcəklər, rəngsaz üçün papaq, su keçirməz geyim formaları, qaynaqçının odadavamlı geyim forması, gözlərini qığılcımdan qorumaq üçün eynəyi mütləqdir.

Müəyyən tikinti işləri, neft-qaz sahələri üçün  işçinin təhlükəsizliyini qorumaq üçün digər avadanlıqlardan respiratorlar və xüsusi ayaqqabılardan, odadavamlı kombinezonlardan istifadə olunması şərtdir.

Bu sadalanan avadanlıqrlar və geyim formaları  işçini təhlükəsiz və rahat iş şəraiti ilə təmin etməkdir.

Mənə zəng et!

Xidmətlərimiz ilə daha ətraflı maraqlanmaq istəyirsinizsə, aşağıdakı “Mənə zəng et” düyməsinə klikləyərək açılan pəncərədə əlaqə nömrənizi qeyd etməyiniz kifayətdir.